Bank Of Baku

Regional İnnovasiya Zonası layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın icrası ilə bağlı müsabiqənin yekununa həsr edilən mərasim keçirilib

Regional İnnovasiya Zonası layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın icrası ilə bağlı müsabiqənin yekununa həsr edilən mərasim keçirilib
# 17 yanvar 2007 16:44 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Regional İnnovasiya Zonası (RİZ) layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın icrası ilə bağlı elan etdiyi müsabiqənin yekununa həsr edilən mərasim keçirilib. APA-nın məlumatına görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov müsabiqənin qalibi olan beynəlxalq konsaltinq şirkəti “Booz Allen Hamilton”u təqdim edib. O, RİZ layihəsinin Azərbaycan, eləcə də Xəzər dənizi regionunda qlobal investorlar üçün yüksək iqtisadı artım baxımından mühüm əhəmiyyətə malik olduğunu deyib: “Layihə elektron avadanlıqlar və proqram təminatı məhsullarının istehsalını və regional səviyyədə ixracını təşviq edən innovativ mühitin yaradılmasını, kiçik və orta sahibkarlığı inkişaf etdirməklə texnoloji innovasiyanın stimullaşdırılmasını, yüksək texnologiyalar üzrə insan resurslarının inkişaf etdirilməsini, həmçinin İnformasiya Texnologiyaları Universitetinin, treninq mərkəzlərinin və elmi tədqiqat mərkəzlərinin yaradılmasını nəzərdə tutur”. “Booz Allen Hamilton” şirkətinin vitse-prezidenti Rainer Bernat təmsil etdiyi qurumun bütün dünya üzrə 18 min məsləhətçi heyətinə malik olduğunu bildirib. Onun sözlərinə görə, şirkət bir neçə dövlətdə innovasiya strategiyaları hazırlayıb. ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Dersi isə təmsil etdiyi dövlətin belə layihələri dəstəklədiyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR