Bank Of Baku

Naxçıvanda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbirlər keçirilib

Naxçıvanda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbirlər keçirilib
# 18 yanvar 2007 08:34 (UTC +04:00)
Naxçıvanda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş müxtəlif tədbirlər keçirilir. Bu məqsədlə Ordubad Şəhər Mədəniyyət Evində “Qanlı 20 Yanvar” adlı sərgi təşkil edilib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, öz zəngin tərtibatı ilə diqqəti cəlb edən sərgi “Biz sizdən öyrəndik qəhrəmanlığı”, “Ordubadlı şəhidlər” adlı bölmələrdən ibarətdir. Bu bölmələrdə şəhidlərimizin keçdiyi ömür yolunu əks etdirən fotoşəkillər, qəzet yazıları yer alıb. Culfa Rayon Gənclər və İdman İdarəsi rayon təhsil şöbəsi ilə birlikdə məktəblilər arasında şeir müsabiqəsi keçirib. 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş müsabiqədə 28 məktəbdən 30 şagird iştirak edib. Müsabiqə bədii qiraət və müəllif şeirləri olmaqla iki nominasiya üzrə keçirilib. Bədii qiraət üzrə şəhər 2 saylı orta məktəbin şagirdi Günay Süleymanova birinci, Gülüstan kənd orta məktəbinin şagirdi Sahilə Səfərova ikinci, Əbrəqunus kənd orta məktəbinin şagirdi Ceyhunə Tağıyeva isə üçüncü yerə layiq görülüb. Müəllif şeirləri nominasiyasında isə Bənənyar kənd orta məktəbinin V sinif şagirdi Təbriz Nursoy qalib olub.
Şahbuz Rayon Gənjlər İdman İdarəsi Uşaq-Gənclər Yaradıcılıq və Ekoloji Tərbiyə mərkəzləri ilə birlikdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirib. Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin akt zalında keçirilən tədbiri mərkəzin direktoru Fəxrəddin Bağırov giriş sözü ilə açaraq, yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının xalqımıza tutduğu amansız divandan, bu yolda canlarını qurban etmiş vətən oğullarının şücaətindən danışıb. Sonra Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri “Axı biz neyləmişik” adlı ədəbi-bədii kompozisiya ifa ediblər. Sonda təsviri-incəsənət dərnəyi üzvlərinin əl işlərindən ibarət “20 Yanvar xalqımızın qan yaddaşıdır” adlı sərgi nümayiş olunub. Şərur rayon təhsil şöbəsi Gənclər və İdman İdarəsi ilə birlikdə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsi keçirib. 20-dən çox şagirdin əl işlərinin nümayiş olunduğu müsabiqədə birinci yerə Şərur şəhər 2 saylı orta məktəbinin IV sinif şagirdi İlkin Muradov layiq görülüb. Onun məktəbli yoldaşları IV sinif şagirdi Səma Məmmədova ikinci, III sinif şagirdi Ceyhun Məmmədov isə üçüncü mükafata sahib olub. Qaliblərə təşkilatçılar tərəfindən hədiyyə və diplomlar təqdim olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR