Bank Of Baku

Şərurun Yengicə kənd orta məktəbində Əziz Əliyevin 110 illik yubileyi münasibəti ilə tədbir keçirilib

Şərurun Yengicə kənd orta məktəbində Əziz Əliyevin 110 illik yubileyi münasibəti ilə tədbir keçirilib
# 18 yanvar 2007 08:34 (UTC +04:00)
Şərur rayonunun Yengicə kənd orta məktəbində görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 110 illik yubileyi münasibəti ilə tədbir keçirilib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə məktəbin direktoru Eldar Cabbarov açaraq, mərasimin keçirilməsinin məqsəd və məramını açıqlayıb, şagirdlərin təlim-tərbiyəsində əhəmiyyətli rol oynadığını bildirib. Şərur rayon təhsil şöbəsi metodiki mərkəzinin müdiri Vidadi Süleymanov Ə.Əliyevin keçdiyi ömür yolundan, çoxşaxəli fəaliyyətindən, Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb. Məktəbin müəllimlərindən Teymur Zeynalov və Elmira Rzayeva isə çıxışlarında görkəmli alimin fəaliyyət göstərdiyi sahələrdəki xidmətlərindən söz açıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR