Bank Of Baku

Yekaterinburqda bir qrup azərbaycanlı qazla zəhərlənmək təhlükəsi ilə üzləşib

Yekaterinburqda bir qrup azərbaycanlı qazla zəhərlənmək təhlükəsi ilə üzləşib
# 18 yanvar 2007 08:40 (UTC +04:00)
Rusiyanın Yekaterinburq şəhərində bir qrup azərbaycanlı qazla zəhərlənmək təhlükəsi ilə üzləşib. APA-nın xəbərinə görə, hadisə dünən Yekaterinbuq şəhərinin mərkəzi xəstəxanalarından birində baş verib. 20-yə yaxın azərbaycanlı işlə təmin olunmaq üçün tibbi arayış almaq məqsədilə növbədə dayanarkən kəskin qoxu hiss edib. Xəstəxana işçiləri müvafiq orqanlara müraciət etdikdən sonra araşdırma aparılıb. Məlum olub ki, bir nəfər naməlum şəxs xəstəxananın birinci mərtəbəsində qaz balonunu açaraq qaçıb. Hazırda xəstəxana gündəlik iş rejimində işini davam etdirir və giriş-çıxış nəzarət altındadır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR