Bank Of Baku

Milli Təhlükəsizlik Nazirliyinin bu günlərdə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 16 nəfər tutulub

Milli Təhlükəsizlik Nazirliyinin bu günlərdə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 16 nəfər tutulub
# 18 yanvar 2007 10:00 (UTC +04:00)
Bu barədə APA-nın sorğusuna cavab olaraq MTN ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev məlumat verib. A. Babayev bildirib ki, həmin şəxslərdən 15-i barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, 1-i isə şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, MTN-də Cinayət Məcəlləsinin 218 (cinayətkar birlik yaratma), 274 (dövlətə xəyanət), 28, 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa hazırlıq), 228 (qanunsuz odlu silah saxlama), 204 (saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satma), 234 (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) maddələri ilə cinayət işi başlanıb. Faktla bağlı istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdiyindən detallar açıqlanmır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR