Bank Of Baku

Hidayət Orucov Səudiyyə Ərəbistanının təhsil naziri ilə görüşüb

Hidayət Orucov Səudiyyə Ərəbistanının təhsil naziri ilə görüşüb
# 18 yanvar 2007 10:11 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Səudiyyə Ərəbistanı Krallığının təhsil naziri Xalid əl-Ənqarinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Komitədən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında dini-mədəni əlaqələrin inkişaf etdirilməsi müzakirə olunub. Səudiyyə Ərəbistanının müsəlman aləminin mərkəzi olduğunu vurğulayan H. Orucov azərbaycanlı tələbələrin dini təhsil almaq üçün daha çox bu ölkəyə üz tutmasına toxunub. Onun sözlərinə görə, bu məsələ dövlət tərəfindən tənzimlənməli, hər tələbə müvafiq qurumlar arasındakı razılaşmaya əsasən rəsmi şəkildə dost ölkəyə təhsil almağa göndərilməlidir. Xalid əl-Ənqari isə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında dövlət başçıları səviyyəsində dostluq münasibətlərinin olduğunu önə çəkib. H. Orucovun dini təhsillə bağlı mövqeyini dəstəkləyən qonaq qeyd edib ki, bu sahədə qarşılıqlı əməkdaşlığı daha da inkişaf etdirmək lazımdır.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR