Bank Of Baku

Qafqaz Müsəlmanları İdarəsi Aşura Günü ilə bağlı möminlərə müraciət edib

Qafqaz Müsəlmanları İdarəsi Aşura Günü ilə bağlı möminlərə müraciət edib
# 18 yanvar 2007 10:12 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bununla bağlı möminlərə müraciət edib. QMİ-dən APA-ya daxil olan müraciətdə bildirilir ki, İslamın tarixinə ən acı və kədərli, eyni zamanda qəlblərə qeyrət və qürur hissi bəxş edən hadisə kimi düşən Kərbəla faciəsinin nəsillərin yaddaşında təzələnməsi, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyətə malikdir. Belə ki, İmam Hüseyn əleyhissəlamın əzadarlığında böyük bir fəlsəfə - Haqq, Ədalət, Vətən, Torpaq və Əqidə uğrunda səfərbər olma hikməti var. Torpaqları düşmən işğalı altında olan, yüz minlərlə vətəndaşı qaçqın və köçkün vəziyyətində yaşayan bir xalqın İslamın şəhidlik fəlsəfəsinin mahiyyətini dərk etməsi, dərindən qavramağı vacibdir: “Qanlı Yanvar qurbanlarının əziz xatirəsinin hüzn və ehtiramla anıldığı bu günlərdə İmam Hüseynin şəhadət nümunəsi vətənpərvərlik, fədakarlıq, birlik ruhunun tərbiyəsi və təşviqinə dəlalət edir. QMİ təziyə günləri münasibətilə bütün dindarlarımıza dərin hüznlə başsağlığı verir, onlara Allah-təaladan məğfirət diləyərək bildirir ki, İmam Hüseyn əleyhissəlamın əzadarlığı İmamın şəninə layiq keçirilməli, əzadarlar qan çıxarmaqla özlərinə xəsarət yetirməməli, bunu digərlərinə də təlqin etməli, müqəddəs yerlərə gələnlər nizam-intizamı gözləməlidirlər. Bu ağır matəmin mahiyyətini yetərincə dərk etməyən azyaşlı uşaqların mərasimdə iştirakı məqbul sayılmır. Aşura mərasimi yalnız məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. Artıq neçə ildir ki, Aşura günü Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən tibbi ehtiyaclar üçün İmam Hüseyn əleyhissəlam və şəhidlərimiz naminə qan verilməsi təşkil olunur. Bu, ən münasib təziyədarlıq nümunəsi kimi təqdir edilir. Ümidvarıq ki, bu il də dindarlarımız Allahın izni ilə insanpərvərlik ənənəsinə ləyaqətlə əməl edəcəklər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR