Bank Of Baku

Ötən ay Samuxda mavi yanacağa görə ödəmə 98,3 faiz təşkil edib

Ötən ay Samuxda mavi yanacağa görə ödəmə 98,3 faiz təşkil edib
# 18 yanvar 2007 10:15 (UTC +04:00)
Ötən ay Samuxda istehlak olunmuş mavi yanacağa görə ödəmə səviyyəsi 98,3 faiz təşkil edib. Bu barədə APA-nın Qərb bürosuna Samux rayon qaz istismar idarəsinin rəisi Rəhim Hüseynov məlumat verib. Onun sözlərinə görə, ötən ay Samux rayonunda qeydiyyatda olan 5.422 abonentdən 4.801 abonent ödənişə cəlb olunub ki, bu da abonentlərin 81 faizini təşkil edir. Abonentlər aylıq ödəmələrlə yanaşı debitor borcları da hissə-hissə ödəməyə başlayıblar. Qeyd edək ki, hazırda Samux rayon mərkəzi ilə yanaşı rayonun 16 kəndinə mavi yanacaq verilir. Rayonda əhali qrupu üzrə qaz sayğaclarının quraşdırılması tam başa çatıb. 2006-cı ildə Samux rayonu üzrə abonentlər tərəfindən 78 qaz sayğacına müdaxilə baş verib. Həmin abonentlərin sayğacdan kənar işlətdikləri mavi yanacağın və yararsız hala salınmış sayğacın dəyəri hesablanıb və onlar müvafiq qaydada cərimə olunublar. Ötən il ərzində sayğaca müdaxilə edən abonentlərin 70 faizi cəriməni və yararsız hala düşmüş sayğacın dəyərini ödəyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR