Bank Of Baku

Hacı Məmmədovun məhkəməsi ifadələrin elan olunması ilə davam etdirilib

Hacı Məmmədovun məhkəməsi ifadələrin elan olunması ilə davam etdirilib
# 18 yanvar 2007 08:47 (UTC +04:00)
APA-nın məlumatına görə, hakim Əli Seyfəliyev hökmün təfsir hissəsində DİN Baş Cinayət-Axtarış İdarəsinin şöbə rəisi Akif Hacıyev, Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəis müavini Cavadağa Sultanov, həmin idarənin şöbə rəisi Aydın Rizayevin ifadələrini, həmçinin qətlə yetirilən Rəna Nəsibova və Saray kənd sakini Novruz İsmayılovun qətli epizodu üzrə ekspert rəylərini elan edib. Hökmün elan olunması günün ikinci yarısında davam etdiriləcək. Qeyd edək ki, bu iş üzrə istintaq materialları 262 cilddən ibarətdir. Cinayət işi üzrə məhkəmə istintaqı 6 ay davam edib. Cinayət işi üzrə 45 nəfər zərərçəkmiş, 191 nəfər şahid kimi tanınıb. Dövlət ittihamçıları bir sıra ağır qətllər, adam oğurluğu və digər cinayətlərdə ittiham olunan dəstə üzvlərindən 10 nəfərinə ömürlük, 13 nəfərinə 10 ildən 15 ilədək, zamində olan şəxslərin isə 2-5 il müddətinə azadlıqdan məhrum edilməsinə istəyib. Dövlət ittihamçıları 92 maddə ilə ittiham olunan Hacı Məmmədova üst-üstə 293 il cəza verilməsini xahiş edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR