Bank Of Baku

Bakı Şəhər Baş Polis İdarəsində 2006-cı ilin yekunlarına dair hesabat-müşavirə keçirilib

Bakı Şəhər Baş Polis İdarəsində 2006-cı ilin yekunlarına dair hesabat-müşavirə keçirilib
# 18 yanvar 2007 11:03 (UTC +04:00)
APA-nın məlumatına görə, müşavirdə BŞBPİ rəisi, general-leytenant Məhərrəm Əliyev çıxış edərək ötən il paytaxtda 8276, o cümlədən 879 ağır və xüsusilə ağır növ cinayət hadisəsinin qeydə alındığını bildirib. Paytaxt polisinin rəisinin sözlərinə görə, 2005-ci ilə nisbətən cinayət faktlarının sayı müvafiq olaraq 13.9 və ya 16,7% artıb. Hadisələrin 49,3%-ni az ağır cinayətlər, 40,1%-ni böyük ictimai təhlükə törətməyən və cəmi 10,6%-ni ağır və xüsusilə ağır cinayətlər təşkil edib: “Təhlillər göstərib ki, hadisələrin artmasına, əsasən, döymə, dələduzluq, binaların liftlərindən mis naqillərinin oğurlanması kimi əməliyyat şəraitinə ciddi təsir etməyən faktlar səbəb olub. Digər tərəfdən, cinayətlərin qeydiyyatdan gizlədilməsi kimi neqativ hallara qarşı daha barışmaz mövqe də öz rolunu göstərib. 2005-ci illə müqayisədə, adam öldürməyə cəhdlərin sayı 38-dən 30-dək, zorlama 12-dən 11-dək, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 313-dən 304-dək, xuliqanlıq 537-dən 510-dək azalıb. Qəsdən adam öldürmə cinayətlərin sayı stabil qalıb, cəmi 70 fakt. Hədə-qorxu ilə tələb etmə hadisələrin sayı isə cəmi 4 fakt artıb”. M.Əliyev deyib ki, ağır növ cinayətlərin qarşısının alınmasında xüsusi əhəmiyyət kəsb edən əhalidə qanunsuz saxlanılan silah, sursat, partlayıcı maddələrin yığılması ötən il də davam etdirilib. Belə ki, profilaktik və əməliyyat tədbirləri zamanı 465 odlu silah götürülüb, bunun da 24-ü avtomat, 145-i tapança, 11-i qumbaraatan, 185-i karabin və tüfənglər olub. Bundan başqa, 163 ədəd müxtəlif tipli qumbara, 19 mindən çox döyüş patronları da yığılaraq DİN-in Təchizat İdarəsinə təhvil verilib. BŞBPİ rəisi, həmçinin 2006-cı ildə narkotiklərlə bağlı 1128 cinayət hadisəsinin qeydə alındığını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR