Bank Of Baku

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ailə Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı təkliflər hazırlayır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ailə Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı təkliflər hazırlayır
# 18 yanvar 2007 11:31 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ailə Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisə təkliflər hazırlayır. APA-nın məlumatına görə, bu barədə qurumun uşaqlarla iş şöbəsinin müdir müavini Ceyran Rəhmətullayeva məlumat verib. Təkliflərdən biri gənclərin nikahdan öncə tibbi müayinədən keçməsi ilə bağlıdır. C. Rəhmətullayevanın sözlərinə görə, bu məsələ məcəllədə qeyd olunsa da, məcburi xarakter daşımır: “Biz təklif edəcəyik ki, tibbi müayinə məcburi olsun. Düzdür, kimisə tibbi müayinədən keçməyə məcbur etmək insan hüquqları baxımından düzgün deyil. Amma nəzərə almalıyıq ki, əlil, xəstə doğulan uşaqların sayı artır. Ailə qurmaq istəyən şəxslərin qan uyğunluğu, virus daşıyıcısı olub-olmadığı yoxlanılmalıdır. Necə ki, ailə qurmaq üçün ərizə vermək məcburidir, tibbi arayış almaq da məcburi olmalıdır”. Digər təklif isə nikaha daxil olmaq yaşının artırılması ilə bağlıdır. C. Rəhmətullayeva bildirib ki, ölkədə, xüsusilə cənub zonasında erkən nikahların sayı ilbəil artır: “Rayonlardan bizə təklif ediblər ki, nikaha daxil olmaq üçün yaş həddi yüksəldilsin və qanunun bu tələbinə əməl etməyənlər cinayət məsuliyyəti daşısınlar. Cənub zonasında qızları 13-14 yaşlarından molla kəbini ilə ərə verirlər. Onların müvafiq sənədləri olmadığından doğulan uşaqların da qeydiyyatında problemlər olur. Erkən nikahlarda doğuş vaxtı ölümlər də çox olur”. Komitə rəsmisi yoluxucu xəstəliklərin geniş yayıldığını nəzərə alaraq Rusiyada və digər xarici ölkələrdə yaşayan kişi cinsinə mənsub Azərbaycan vətəndaşlarının ölkəyə qayıdarkən tibbi müayinədən keçirilməsini də vacib sayır: “Biz bu problemlə bağlı da təklif vermişik. Son illər hepatit B, hepatit C viruslarının daşıyıcılarının sayı artıb. Ötən əsrin 80-ci illərinədək Azərbaycanda bu xəstəliklərə yoluxanların sayı çox az idi. Bu viruslar Azərbaycana Rusiyadan və digər xarici ölkələrdən gətirilib. Bu səbəbdən də ölkəyə gələnlərin tibbi müayinədən keçməsi vacibdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR