Bank Of Baku

Şamaxı rayonu ərazisində baş verən yol qəzasında iki nəfər ölüb

Şamaxı rayonu ərazisində baş verən yol qəzasında iki nəfər ölüb
# 18 yanvar 2007 11:42 (UTC +04:00)
Bu gecə Şamaxı rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağsu rayon sakini Yaşar Kərimovun idarə etdiyi “VAZ-2106” markalı və Bakı şəhər sakini Rəşad Məmmədovun idarə etdiyi “BMW” markalı maşınlar toqquşub. Nəticədə “VAZ-2106”ın sərnişinlərindən Ağsu rayon sakinləri Taleh Kərimov və Qədir Məmmədov aldıqları xəsarətdən hadisə yerində keçiniblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR