Bank Of Baku

2006-cı ildə mütəşəkkil cinayətkarlıqla məşğul olan 200 dəstə zərərsizləşdirilib

2006-cı ildə mütəşəkkil cinayətkarlıqla məşğul olan 200 dəstə zərərsizləşdirilib
# 18 yanvar 2007 11:52 (UTC +04:00)
2006-cı ildə mütəşəkkil cinayətkarlıqla məşğul olan 200 dəstə zərərsizləşdirilib. APA-nın məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) ötən ilin yekunlarına dair keçirilən müşavirədə bildirilib. Qeyd olunub ki, ötən il xüsusi ilə MDB ölkələrində mövcud olan kriminal qruplaşmaların Bakıda yaradılması və fəaliyyətinə imkan verilməyib: “Son iki-üç ildə qonşu ölkələrdə yaradılan cinayətkar dəstələr Bakıda mənzillərdən oğurluqlar etməyə cəhd göstərib, onların törətdiyi bir sıra qarətlər uzun müddət bağlı qalıb. Ötən il isə digər hüquq-mühafizə orqanları ilə əməkdaşlıq nəticəsində gürcülərdən ibarət cinayətkar qrupların aşkarlanması mümkün olub”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR