Bank Of Baku

Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesi mayın 30-da başa çatacaq

Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesi mayın 30-da başa çatacaq
# 20 yanvar 2007 09:27 (UTC +04:00)
Ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi mayın 30-da başa çatacaq. Bu barədə APA-ya məlumat Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən daxil olub. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq yanvardan başlamış seçici siyahılarının dəqiqləşdirilməsi prosesi ölkə üzrə bütün seçki məntəqələrində aparılır. Seçki komissiyaları siyahıların dəqiqləşdirilməsi prosesini pasport qeydiyyat idarələri, bələdiyyələr və yerli icra orqanlarının iştirakı ilə həyata keçirirlər. Proses başa çatdıqdan sonra seçici siyahıları MSK-nın rəsmi internet saytında yerləşdiriləcək. Qeyd edək ki, 2006-cı ildə Azərbaycanda seçicilərin sayı 4 milyon 572 min 660 nəfər olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR