Bank Of Baku

Zaqatalada oğurluqla məşğul olan bir neçə nəfər yaxalanıb

Zaqatalada oğurluqla məşğul olan bir neçə nəfər yaxalanıb
# 20 yanvar 2007 09:51 (UTC +04:00)
Zaqatala rayon polis şöbəsinin cinayət axtarışları qrupunun əməkdaşlarının keçirdiyi, əməliyyat axtarışı tədbirləri zamanı üç nəfər oğruluqla məşğul olan şəxs həbs edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Polis Şöbəsindən məlumat verilib. Rayon PŞ-dən verilən məlumata görə, bu il yanvarın 18-dən 19-a keçən gecə cinayət axtarışları qrupunun əməkdaşları rayonun Çobankol kəndi ərazisində qoyun oğruluğu ilə məşğul olan iki nəfəri- Dilqəm Mervan oğlu Nurəliyev və Şaban Murtuzəli oğlu Atayevi həmkədliləri Süleyman Məhəmməd oğlu Mahmudovun həyətindən iki baş qoyun oğurlayarkən həbs edib. Hər iki cinayətkar rayon polis şöbəsinə gətirilib və barəsində Cinayət Məcəlləsinin 177.2 maddəsi ilə cinayət işi qaldırılıb. Bu gecə isə cinayət axtarışları qrupunun əməkdaşlarının rayon mərkəzində keçirdiyi tədbir zamanı, Zaqatala şəhər sakini Füzuli Abdrahman oğlu Qarayev maşınlardan üç ədəd maqnitafon oğurlayarkən həbs edilib. F. Qarayev barəsində rayon polis şöbəsində CM-nin 177.2 maddəsi ilə cinayət işi qaldırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR