Bank Of Baku

Ramiz Məlikov: “Araşdırmadan asılı olaraq, Gəncədəki hərbi hissədə kütləvi zəhərlənməyə görə məsuliyyət daşıyan şəxslər cəzalandırılacaq”

Ramiz Məlikov: “Araşdırmadan asılı olaraq, Gəncədəki hərbi hissədə kütləvi zəhərlənməyə görə məsuliyyət daşıyan şəxslər cəzalandırılacaq”
# 22 yanvar 2007 08:13 (UTC +04:00)
Müdafiə Nazirliyinin Gəncədə yerləşən “N” saylı hərbi hissəsində kütləvi zəhərlənmə baş verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Ramiz Məlikovun APA-ya verdiyi məlumata görə, hadisə zamanı 22 əsgər qidadan zəhərlənərək ürək bulanması, qusma diaqnozu ilə hospitala çatdırılıb. Təcili tibbi yardım göstərildikdən sonra hərbçilərin hamısı hərbi hissəyə qaytarılıb. Onların vəziyyəti qənaətbəxşdir: “Əsgərlər qidadan zəhərlənib. Həkimlər bu tip hadisələri alimentar zəhərlənmə adlandırırlar. Hazırda faktla bağlı araşdırma aparılır. Araşdırmadan asılı olaraq, hadisəyə görə məsuliyyət daşıyan şəxslər cəzalandırılacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR