Bank Of Baku

Gəncə əhalisinin sayı 0,8 faiz artıb

Gəncə əhalisinin sayı 0,8 faiz artıb
# 22 yanvar 2007 09:12 (UTC +04:00)
Ötən il Gəncə şəhərində əhalinin sayı 0,8 faiz artıb. Bu barədə APA-nın Qərb bürosuna Gəncə şəhər Statistika İdarəsinin rəis müavini Gülşən Əhmədli məlumat verib. Ötən il yanvar ayının 1-nə olan statistikaya görə, Gəncə şəhərinin əhalisi 305 267 nəfər olub. 2007-ci il yanvarın 1-nə olan statistikaya əsasən əhalinin sayı 307 686 nəfərə çatıb. Gəncə əhalisinin 147 381 nəfəri kişi, 160 305 nəfəri qadındır. Ötən müddətdə Gəncəyə gələnlərin sayı 877 nəfər, şəhərdən gedənlərin sayı 509 nəfər olub. Beləliklə, 2006-cı ildə miqrasiya saldosu Gəncə üçün +389 təşkil edib. 2006-cı ildə Gəncədə 2165 nikah bağlanıb. Bu müddətdə 389 boşanma qeydə alınıb ki, bu da 2005-ci illə müqayisədə azdır. 2006-cı ildə Gəncədə 3959 körpə anadan olub, 1938 nəfər müxtəlif səbəblərdən dünyasını dəyişib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR