Bank Of Baku

Qarabağ müharibəsi iştirakçısının ölümündə təqsirli bilinən polis əməkdaşlarının məhkəməsi başlayacaq

Qarabağ müharibəsi iştirakçısının ölümündə təqsirli bilinən polis əməkdaşlarının məhkəməsi başlayacaq
# 22 yanvar 2007 11:29 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Nüşabə Ağayevanın sədrliyi ilə Qarabağ müharibəsi iştirakçısı Rasim Əlişovun ölümündə təqsirli bilinən Mingəçevir Şəhər Polis İdarəsinin 4 əməkdaşı barəsindəki cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, ittiham aktında göstərilir ki, Qarabağ müharibəsi əlili R. Əlişov ötən il iyulun 24-də Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin rəisi İlqar Abbasovun xidməti otağında ölüb. Bu haqda bölmənin məsul növbətçisi Zahid Mustafayev tərəfindən şəhər Təcili Təxirəsalınmaz Tibb Yardım Stansiyasına məlumat verilib. Stansiyanın həkimi Rəhim Quliyev şöbəyə gələrək R. Əlişovun ölümünü təsdiq edib. Bundan sonra polis şöbəsinin əməkdaşları R. Əlişovun meyitini prokurorluq əməkdaşlarının hadisə yerinə gəlməsini gözləmədən xəstəxananın morquna aparıblar. Prosesdə çıxış edən dövlət ittihamçısı işin məhkəmə baxışına verilməsini məqsədəuyğun sayıb. İş üzrə məhkəmə baxışı yanvarın 29-da keçiriləcək.
Qeyd edək ki, cinayət işi üzrə Mingəçevir şəhər Polis İdarəsinin Cinayət-axtarış bölməsinin rəisi İlqar Abbasov, bölmənin əməliyyat müvəkkili Elçin Musayev, polis nəfərləri Ramiz Murquzov və Anar Həsənova Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham irəli sürülüb. Xatırladaq ki, R. Əlişovun ölümündən sonra daxili işlər nazirinin əmri ilə şöbədə xidməti təhqiqat aparılıb. Təhqiqatın rəyindən sonra İlqar Abbasov və Elçin Musayev vəzifələrindən çıxarılıblar, 3 nəfər polis əməkdaşına isə töhmət verilib. İ. Abbasov həm də daxili işlər orqanlarından xaric edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR