Bank Of Baku

Macarıstan Vəkillər Kollegiyasının sədri Janosa Banatinin Azərbaycana səfəri gözlənilir

Macarıstan Vəkillər Kollegiyasının sədri Janosa Banatinin Azərbaycana səfəri gözlənilir
# 22 yanvar 2007 11:48 (UTC +04:00)
Azərbaycan Vəkillər Kollegiyasının sədri Azər Tağıyev və qurumun Rəyasət Heyətinin üzvü İkram Şirinov Macarıstan Vəkillər Kollegiyasının rəsmi dəvəti ilə bu ölkədə səfərdə olub. Vəkil İ. Şirinov APA-ya açıqlamasında bildirib ki, hər iki qurumun rəhbərləri arasında keçirilən görüşdə Macarıstanda vəkillik institutunun inkişaf tarixi, vəkilliyin fəaliyyətini tənzimləyən normativ aktlar öyrənilib, vəkilliyin təşkili məsələləri, vəkilliyə qəbul, vəkillərin intizam məsuliyyətinə cəlb edilməsi məsələləri müzakirə olunub. Eyni zamanda A. Tağıyev Azərbaycanda vəkilliyin inkişafı ilə bağlı macar həmkarlarına geniş məlumat verib. Görüşdə təcrübə mübadiləsinin davam etdirilməsi və ikitərəfli əməkdaşlığın daha da inkişafına nail olmaq barədə razılıq əldə edilib. A. Tağıyev görüş zamanı Macarıstan Vəkillər Kollegiyasının sədri Janosa Banatini Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət J. Banati tərəfindən qəbul olunub. Səfərin vaxtı ilə bağlı dəqiqləşdirilmələr aparılacaq. İ. Şirinovun sözlərinə görə, səfərin aprel-may aylarında reallaşacağı gözlənilir. Vəkil İ. Şirinov həmçinin qeyd edib ki, Macarıstanda hakim korpusunun 90 faizini, vəkillər korpusunun isə 46 faizini qadınlar təşkil edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR