Bank Of Baku

“Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnalı bir qrup tədqiqatçı-alimi elmi fəaliyyətinə görə fəxri fərmanlarla təltif edib

“Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnalı bir qrup tədqiqatçı-alimi elmi fəaliyyətinə görə fəxri fərmanlarla təltif edib
# 22 yanvar 2007 12:25 (UTC +04:00)
“Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnalı filologiya sahəsində çalışan bir qrup tədqiqatçı-alimi elmi fəaliyyətinə görə fəxri fərmanlarla təltif edib. APA-nın məlumatına görə, bununla bağlı keçirilən mərasimdə jurnalın baş redaktoru Tahir Cəfərli nəşrin fəaliyyəti barədə danışıb. O, 1993-cü ildən bu günə qədər nəşr edilən jurnalda 15 mindən artıq elmi məqalənin çap olunduğunu deyib. Jurnalda Azərbaycanda tədris edilən bütün dillərdə məqalələrin çap edildiyini də qeyd edən T. Cəfərli nəşrin Redaksiya Heyətinin qərarını açıqlayıb və bildirib ki, filologiya sahəsində əhəmiyyətli fəaliyyətlərinə görə akademiklər Ağamusa Axundov, Bəkir Nəbiyev, Vasim Məmmədəliyev və professor Nərgiz Paşayeva “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnalın fəxri diplomu ilə təltif ediliblər. Jurnalın Redaksiya Heyətinin sədri, akademik Azad Nəbiyev jurnalın əhəmiyyətli fəaliyyəti haqda çıxış edib. O, nəşrin dünyada azərbaycançılığı təbliğ etdiyini vurğulayıb. Sonra fəxri fərmanlara layiq görülən alimlərə diplomlar təltif edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR