Bank Of Baku

Şəmkir rayon prokurorunun müavininin anası qətlə yetirilib

Şəmkir rayon prokurorunun müavininin anası qətlə yetirilib
# 22 yanvar 2007 12:26 (UTC +04:00)
Məlumata görə, dünən axşam saat 19.00 radələrində Şəmkir rayon prokurorunun müavini Fuad Məmmədovun anası Fəridə Məmmədovanın meyiti onun Gəncədəki mənzilindən tapılıb. Gəncə şəhəri R. Əliyev küçəsi, 8 ünvanında yaşayan F. Məmmədovanın işgəncə ilə öldürüldüyü müəyyənləşib, meyitin üzərində zorakılıq əlamətləri aşkarlanıb. Gəncə şəhər Prokurorluğundan F. Məmmədovanın qətlə yetirilməsi faktı təsdiqlənib. Prokurorluqdan APA-ya bildirilib ki, quldurluq məqsədi ilə mənzilə daxil olan naməlum şəxs F. Məmmədovanı öldürüb. Mərhumun evindən müəyyən əşyaların aparıldığı bildirilir. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə və quldurluq maddələri ilə cinayət işi başlanıb. Hələlik hadisəni törədən şəxsin kimliyi müəyyənləşməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR