Bank Of Baku

Daşkəsəndə baş vermiş qasırğa rayona ciddi ziyan vurub

Daşkəsəndə baş vermiş qasırğa rayona ciddi ziyan vurub
# 22 yanvar 2007 13:12 (UTC +04:00)
Daşkəsəndə baş vermiş güclü qasırğa nəticəsində rayonun yaşayış evlərinə və inzibati binalarına xeyli ziyan dəyib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, qasırğa nəticəsində rayonun Xoşbulaq, Quşçu, Bayan, Qabaqtəpə və Zəylik elektrik xətləri və iki elektrik transformatoru sıradan çıxıb. Bundan başqa rayon mərkəzində 8 yaşayış binasının və bir məktəb binasının dam örtüyü sıradan çıxıb. Daşkəsən rayon icra hakimiyyətindən APA-ya bildiriblər ki, qasırğanın nəticələrinin aradan qaldırılması və təbii fəlakət nəticəsində rayona dəymiş ziyanın hesablanması üçün icra hakimiyyətində qərargah yaradılıb. Artıq Qabaqtəpə, Quşçu, Bayan və Xoşbulaq kəndlərinə elektrik enerjisinin verilməsi bərpa edilib. Güclü külək nəticəsində yaşayış və sosial obyektlərə dəymiş ziyanın aradan qaldırılması üçün işlər görülür. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR