İki piyadanı vuran sürücünün məhkəməsi başlayıb
22 yanvar 2007 15:40 (UTC +04:00)
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Abid Abdinbəyovun sədrliyi ilə Cinayət Məcəlləsinin 263.3cü (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin həlak olmasına səbəb olan nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salma) maddəsi ilə təqsirləndirilən Ceyhun İsayevin cinayət işi üzrə hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, proses yanvarın 24-nə təyin olunub.
Qeyd edək ki, hadisə ötən il oktyabrın 28-də saat 14:45 radələrində baş verib. Biləsuvar rayonu Bəydili kəndindən keçən Ələt-Astara yolunun 107-ci kilometrliyində C. İsayev “Nissan-Maxima” markalı 10 DU 311 dövlət nömrə nişanlı avtomobili ilə Astara istiqamətində yolun sağına çıxaraq orada olan piyadalar - Nazxanım Qasımova və Elnur Əliyevi vurub. Nəticəsində xəsarət alan hər iki piyada hadisə yerində ölüb. /APA/

Hadisə
MN-dəki 143 milyonluq cinayət işi bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
19:23
3 may 2024
Həbsdə olan MTN generalının müraciəti geri qaytarılıb
18:04
3 may 2024
Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - YENİLƏNİB-1
18:02
3 may 2024
Bakı-Quba yolunda “Range Rover” yanıb
15:30
3 may 2024