Bank Of Baku

Dələduzluqla məşğul olan dəstənin məhkəmə istintaqı yekunlaşmaq üzrədir

Dələduzluqla məşğul olan dəstənin məhkəmə istintaqı yekunlaşmaq üzrədir
# 22 yanvar 2007 16:17 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ənvər Seyidovun sədrliyi ilə “Toğrul” Hüquq Firmasının müdiri Yusif Allahyarovun rəhbərlik etdiyi 10 nəfərlik dəstənin məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Növbəti məhkəmə prosesi yanvarın 29-da keçiriləcək. APA-nın məlumatına görə, dəstə üzvləri tənha qocaların etibarından sui-istifadə edərək onları aldadıb və mənzillərini ələ keçiriblər. İttiham aktına görə, dəstə üzvlərinin əməllərindən 12 nəfər zərər çəkib. 2003-cü ildə “Toğrul” Hüquq Firmasını təsis edən Y. Allahyarovun yaratdığı dəstəyə erməni millətindən olan Amalya Hüseynova, “Rus İcması”nın üzvü Natalya Cinisinana, “Sodrujestvo” Cəmiyyətinin üzvü Nelli Skalyarenko, Ehtiram Əhmədov, Baba Mahmudzadə, A. Şaiq adına Dövlət Kukla Teatrının aktrisası Rəhilə İbadova və digərlərini cəlb edib. Dəstə üzvləri tənha qocalara məxsus mənzilləri ələ keçirmək üçün onlara müxtəlif yuxugətirici dərmanlar, spirtli içkilər içirməklə onlara mənzillərinin alqı-satqısı ilə bağlı sənədləri imzalamağa məcbur ediblər. Evi əlindən alınan Zinaida Ulyanovskayanın yeməyinə yuxu dərmanı və təzyiq salan preparatlar qataraq onun ölümünə bais olublar. Dəstə üzvü aktrisa Rəhilə İbadova Y. Allahyarovun göstərişi ilə bacısı Şəfiqə İbadova və Vera Kozlovanın mənzilini ələ keçirib. Həmçinin dəstə başçısı ayrı-ayrı şəxsləri aldadaraq, onlardan borc adı ilə külli miqdarda pul alaraq mənimsəyib. Y. Allahyarov Şəmkir rayon sakini Nüşabə Rüstəmovanın həbs olunmuş oğlunu azad etdirəcəyini vəd edərək, ondan 4500 ABŞ dolları alıb. Onların əməllərindən zərər çəkmiş şəxslərin şikayətindən sonra dəstə üzvləri həbs olunub və barələrində cinayət işi başlanıb./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR