Bank Of Baku

Pavel Koval: “Azərbaycanın enerji ehtiyatlarının hasilatı sahəsində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirirəm”

Pavel Koval: “Azərbaycanın enerji ehtiyatlarının hasilatı sahəsində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirirəm”
# 22 yanvar 2007 16:36 (UTC +04:00)
Milli Məclisin sədri Oqtay Əsədov Polşa Xarici İşlər Nazirliyinin dövlət katibi Pavel Kovalı qəbul edib. Milli Məclisdən APA-ya daxil olan məlumata görə, O. Əsədov iki ölkə arasında parlamentlər səviyyəsində münasibətlərin inkişaf etməkdə olduğunu deyib: “Deputatlarımız müxtəlif beynəlxalq qurumlarda sıx əməkdaşlıq edirlər. İqtisadi sahədə də əlaqələrimiz getdikcə inkişaf etməkdədir. Azərbaycan bütöv bir regionun iqtisadi simasını dəyişə biləcək qlobal neft və qaz kəmərləri çəkilişinin təşəbbüskarı və fəal iştirakçısıdır. Gələcəkdə Avropa dövlətləri, o cümlədən Polşa ilə bu sahədə əməkdaşlıq üçün geniş imkanlar var”. Pavel Koval Polşanın Azərbaycanın enerji ehtiyatlarının hasilatı sahəsində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirdiyini deyib: “Bu sahədə əməkdaşlıq üçün yaxşı imkanlar var. Parlamentlər səviyyəsində də münasibətlərimizin inkişafı təqdirə layiqdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR