Bank Of Baku

Lənkəran sakinindən heroin müsadirə edilib

Lənkəran sakinindən heroin müsadirə edilib
# 25 yanvar 2007 11:32 (UTC +04:00)
Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) narkomaniya ilə mübarizə bölməsinin əməkdaşları rayonun Liman şəhər sakinindən 2,456 qram çəkidə narkotik vasitə olan heroin müsadirə ediblər. Bu barədə APA-nın cənub bürosuna ŞPŞ-nin istintaq bölməsindən məlumat verilib. Bildirilib ki, yanvarın 23-də Lənkəran ŞPŞ-nin və Liman Şəhər Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Liman şəhəri, Telman Bağırov küçəsində yaşayan 1985-ci il təvəllüdlü Quliyev Pərviz Nurəddin oğlu saxlanılıb, ondan 2,456 qram narkotik vasitə olan heroin aşkarlanaraq müsadirə edilib. Faktla bağlı Lənkəran ŞPŞ-də cinayət işi açılıb, təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR