Bank Of Baku

“Regionlara AİDS əleyhinə avto-tur aksiyası” layihəsinin təqdimat mərasimi keçirilib

“Regionlara AİDS əleyhinə avto-tur aksiyası” layihəsinin təqdimat mərasimi keçirilib
# 25 yanvar 2007 11:54 (UTC +04:00)
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi Qlobal Fondu, Səhiyyə Nazirliyi və Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi ilə “Regionlara AİDS əleyhinə avto-tur aksiyası” layihəsinin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov bildirib ki, hazırda dünyada 40 milyon insan HİV daşıyıcısıdır, hər 11 saniyədə 1, dəqiqədə isə 25 yaşınadək 6 gənc HİV-ə yoluxur. Keçiriləcək layihə barədə məlumat verən V.Əhmədovun sözlərinə görə, maarifləndirmə tədbirləri Sumqayıt, Əli Bayramlı, Mingəçevir və Zaqatalada keçiriləcək. O, maarifləndirmə tədbirlərinin qabaqlayıcı aksiyalar olduğunu da diqqətə çatdırıb: “Müşahidələr nəticəsində məlum olub ki, regionlarda bu virus haqda əhali məlumatsızdır. İndidən əhali məlumatlandırılmazsa, problem ağır nəticələr verə bilər”. Mərasimdən sonra layihəyə start verilib və bir qrup gənc tədbir keçirilən yerdən Sumqayıta yola düşüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR