Bank Of Baku

Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının Kürdəmir regional məntəqəsinin açılış mərasimi olub

Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının Kürdəmir regional məntəqəsinin açılış mərasimi olub
# 25 yanvar 2007 12:03 (UTC +04:00)
Bu gün Kürdəmirdə yenidən qurulmuş Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının Kürdəmir regional məntəqəsinin açılış mərasimi olub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsi Səhiyyə Nazirliyi ilə birgə bp və Cənubi Qafqaz boru kəməri, BTC layihələrindəki tərəfdaşlarının maliyyələşdirdiyi “Regional təcili tibbi yardım Proqramı” və USAİD-in maliyyələşdirdiyi “Təcili tibbi yardımın inkişafı proqramı” vasitəsi ilə beynəlxalq tibb korpusu tərəfindən yenidən qurulub. Mərasimində səhiyyə nazirinin müavini Sənan Kərimov, bp şirkətinin sağlamlıq üzrə direktoru Alison Martin və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Müasir avadanlıqlarla təchiz olunmuş məntəqəyə “Walkswagen” şirkətinin “Ambulanse” təcili yardım avtomobili ilə də təmin olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR