Bank Of Baku

Azərbaycan Yolu Siyasi Hərəkatının sədri İlqar Qasımovun üzərində növbəti cərrahiyyə əməliyyatı aparılıb

Azərbaycan Yolu Siyasi Hərəkatının sədri İlqar Qasımovun üzərində növbəti cərrahiyyə əməliyyatı aparılıb
# 25 yanvar 2007 12:06 (UTC +04:00)
2006-cı il dekabrın 28-də Moldovanın Dubassarı şəhəri yaxınlığında avtomobil qəzasına uğrayan Azərbaycan Yolu Siyasi Hərəkatının (AYSH) sədri İlqar Qasımovun üzərində yenidən cərrahiyyə əməliyyatı aparılıb. AYSH-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həkimlər İ. Qasımovun səhhətində yaranmış problemin yalnız cərrahi müdaxilə ilə aradan qaldırılması qənaətinə gəldikdən sonra təşkilat sədri Moskva şəhər xəstəxanalarının birində əməliyyat edilib. Əməliyyat uğurla nəticələnib və İ. Qasımov indi özünü normal hiss edir. Həkimlər reabilitasiya kursunun normal keçdiyini və hərəkat sədrinin sağlamlığının fevralın ikinci on günlüyünə qədər bərpa olunacağını bildiriblər. Xatırladaq ki, avtomobil qəzası İ. Qasımovun GUAM üzvü ölkələrində fəaliyyət göstərən bir neçə siyasi təşkilatın yaratdığı Koordinasiya Şurasının sədri kimi qurumun Kiyevdə təmsil olunan siyasi partiyaların üzvləri ilə görüşə gedərkən baş verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR