Bank Of Baku

Bakı-Tiflis reysini həyata keçirən təyyarənin sərnişinin üzərindən tapança tapılıb

Bakı-Tiflis reysini həyata keçirən təyyarənin sərnişinin üzərindən tapança tapılıb
# 25 yanvar 2007 12:34 (UTC +04:00)
Bu barədə APA-ya “Azərbaycan Hava Yolları” Dövlət Konsernin səlahiyyətli nümayəndəsi Məhərrəm Səfərli məlumat verib. M. Səfərli bildirib ki, yanvarın 24-dən 25-nə keçən gecə səhər saat 03.14-də Moskva-Bakı reysi ilə paytaxta gələn və sonradan Bakı-Tiflis reysi ilə uçmaq istəyən 1974-cü il təvəllüdlü, gürcü əsilli Rusiya vətəndaşı İmeda Roxvadzenin üzərində təkrar baxış zamanı pnevmatik əl tapançası tapılıb. Onun üzərindən, həmçinin 250 ədəd qırma və 10 qaz balonu aşkarlanıb. M. Səfərlinin sözlərinə görə, hava koridoru açıq olan kimi Bakı-Tiflis reysi həyata keçiriləcək.
Heydər Əliyev adına hava limanının Polis İdarəsindən APA-ya İmeda Roxvadzenin saxlanıldığını və faktla bağlı tədqiqat aparıldığını bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR