Bank Of Baku

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 3 mln. 30 min manat və 65 188 ABŞ dolları vəsait toplanıb

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 3 mln. 30 min manat və 65 188 ABŞ dolları vəsait toplanıb
# 25 yanvar 2007 13:06 (UTC +04:00)
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bundan əlavə, Fondun ABŞ dolları ilə açılmış hesabındakı vəsait 65 188 dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu prezidentinin 17 avqust 2002-ci il tarixli fərmanı ilə yaradılıb. Fondun maliyyə mənbələri respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır. Əsasnaməyə görə, Fondun vəsaiti Silahlı Qüvvələrin maddi-texniki bazasının inkişafına, hərbi təyinatlı məmulatların hazırlanmasına, sınaqdan keçirilməsinə, onların istehsalına, təmirinə və modernləşdirilməsinə, hərbi elmi-tədqiqat və konstruktor-sınaq işlərinin aparılmasına, hərbi texnika, silah və döyüş sursatı alınmasına, hərbi kadrların hazırlanmasına, onların ixtisasının artırılmasına, həmçinin hərbçilərin sosial və məişət problemlərinin həllinə yönəldilə bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR