Bank Of Baku

Azərbaycanın Teleradio Şurası ilə Türkiyənin Radio Televiziya Üst Qurulu arasında əməkdaşlıq sazişi imzalanacaq

Azərbaycanın Teleradio Şurası ilə Türkiyənin Radio Televiziya Üst Qurulu arasında əməkdaşlıq sazişi imzalanacaq
# 25 yanvar 2007 13:30 (UTC +04:00)
Türkiyənin Radio Televiziya Üst Qurulunun başçısı Zahid Akmanın rəhbərlik etdiyi nümayəndə heyəti bu ilin yazında Azərbaycana gələcək. Azərbaycanın Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli APA-ya bildirib ki, türkiyəli həmkarının səfəri zamanı iki qurum arasında əməkdaşlığa dair saziş imzalanacaq: “Bir müddət öncə Türkiyədə səfərdə olarkən Zahid Akmanla görüşdə iki qurum arasında əməkdaşlığa dair sazişin imzalanması barədə ilkin razılıq əldə olunub və detalları müəyyənləşdirilib”. N.Məhərrəmlinin sözlərinə görə, sazişdə informasiya, təcrübə mübadiləsinin aparılması və digər məsələlər əksini tapacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR