Bank Of Baku

Bakı-Gəncə magistral yolunun 296-cı kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı-Gəncə magistral yolunun 296-cı kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 25 yanvar 2007 15:35 (UTC +04:00)
Bakı-Gəncə magistral yolunun 296-cı kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, 10 DJ 320 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə 10 OB 474 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil toqquşub. Nəticədə “VAZ-2107”nin sürücüsü hadisə yerində keçinib, onun 3 sərnişini və “Mercedes”in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücünün meyiti Yevlax Rayon Mərkəzi Xəstəxanasının meyitxanasına aparılıb. Faktla əlaqədar araşdırma başlayıb, sürücünün şəxsiyyəti dəqiqləşdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR