Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir neçə rayonda meşə materiallarının qanunsuz daşınmasını aşkarlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir neçə rayonda meşə materiallarının qanunsuz daşınmasını aşkarlayıb
# 25 yanvar 2007 15:57 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları qanunsuz ov, yerli meşə materiallarının qanunsuz daşınması və satışının qarşısının alınması məqsədilə reydlər keçiriblər. Bu barədə APA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. Reyd zamanı Cəlilabad rayonuna satış məqsədilə qanunsuz gətirilmiş odun aşkar edilərək sənədləşdirilib və dəymiş ziyan 1201,76 manat məbləğində hesablanıb. Bərdə şəhəri Ü. Hacıbəyov küçəsində qanunsuz odun satışının təşkilini aşkarlayan mütəxəssislər qarşıdurma yaratmamaq üçün vətəndaşlar arasında izahat işləri aparıblar. Qeyd olunan sahədə qanunsuz odun satışını tamamilə ləğv etmək məqsədilə rayon İcra Hakimiyyəti başçısına və Polis Şöbəsinə səlahiyyətləri daxilində köməklik göstərilməsi üçün məktublarla müraciət olunub. Bununla yanaşı, reyd zamanı Bərdə-Yevlax, Göyçay-Ağdaş şose yollarında meşə buraxılışı bileti olmadan iki avtomobildə 5 kubmetr həcmində odun aparıldığı aşkar edilərək sənədləşdirilib. Təbiətə dəymiş ziyana görə təqsirkar şəxslər tərəfindən 77,7 manat ödənilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR