Bank Of Baku

Zəkiyyə Çomaqlı: “Heç kəs hansısa erməninin qətli ilə əlaqədar “Sarı gəlin” türküsünü erməni marşına çevirə bilməz”

Zəkiyyə Çomaqlı: “Heç kəs hansısa erməninin qətli ilə əlaqədar “Sarı gəlin” türküsünü erməni marşına çevirə bilməz”
# 25 yanvar 2007 16:10 (UTC +04:00)
“Sarı gəlin” türküsü Ərzurum türküsüdür, heç kəs bir erməninin öldürülməsi ilə əlaqədar bu havaya erməni marşına çevirə bilməz”. APA-nın məlumatına görə, bu bəyanatla Ərzurum Qadınlar Dərnəyinin İdarə Heyətinin rəhbəri Zəkiyyə Çomaqlı çıxış edib. O, “Sarı gəlin” türküsünü erməni türküsü kimi qələmə verənlərin türk xalqını təhqir etdiyini deyib. “Bu türkü dəfn mərasimində çalına bilər, amma “Sarı gəlin”in Ərzurum türküsü olması mütləq qeyd edilməlidir. Mahnını erməni havası kimi təqdim edənlər bilməlidir ki, erməni dilində “sarı” və “gəlin” ifadələri yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR