Bank Of Baku

Gəncədə qaz sızmasından baş verən partlayış zamanı yaralanan dörd nəfərdən biri vəfat edib

Gəncədə qaz sızmasından baş verən partlayış zamanı yaralanan dörd nəfərdən biri vəfat edib
# 25 yanvar 2007 16:43 (UTC +04:00)
Yanvarın 19-da Gəncənin Ağamalıoğlu küçəsi, ev 55 ünvanında baş verən partlayış nəticəsində ağır xəsarət almış dörd ailə üzvündən biri dünyasını dəyişib. APA-nın Qərb bürosunun məlumatına görə, həkimlər ağır yanıq yaraları ilə təcili olaraq Bakıya Respublika Yanıq Mərkəzinə göndərilən ev sahibi, 1954-cü il təvəllüdlü Vəliyev Ramiz İsgəndər oğlunun həyatını qurtara bilməyiblər. Ailə üzvlərinin sözlərinə görə, hazırda Bakıda ciddi həkim nəzarəti altında olan yaralılardan daha birinin vəziyyəti ağırdır. Qeyd edək ki, fevralın 19-da səhər saat 07:40 radələrində Gəncə şəhəri Kəpəz rayonu Ağamalıoğlu küçəsi, ev 55 ünvanında məişət qazının sızması nəticəsində partlayış baş verib. ümumi sahəsi 40 kv.m. olan 1 mərtəbəli 2 otaqlı ev tamam yanıb. Hadisə nəticəsində ev sahibi 1954-cü il təvəllüdlü Vəliyev Ramiz İsgəndər oğlu, onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Vəliyeva Məryəm Nəriman qızı, övladları - 1993-cü il təvəllüdlü Vəliyev İsgəndər Ramiz oğlu və 1985-ci il təvəllüdlü Vəliyeva Gülnar Ramiz qızı müxtəlif dərəcədə xəsarət alıblar. Yaralılar hazırda ciddi həkim nəzarəti altındadır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR