Bank Of Baku

Goranboyda 2006-cı ilin yekununa və 2007-ci ildə görüləcək işlərə həsr olunmuş müşavirə keçirilib

Goranboyda 2006-cı ilin yekununa və 2007-ci ildə görüləcək işlərə həsr olunmuş müşavirə keçirilib
# 25 yanvar 2007 16:55 (UTC +04:00)
Goranboyda 2006-cı ilin yekununa və 2007-ci ildə görüləcək işlərə həsr olunmuş müşavirə keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, 2005-ci illə müqayisədə 2006-cı ildə əhalinin pul gəlirlərinin 17 faizə qədər artığını misal göstərən rayon icra hakimiyyəti başçısı Novruz Aslanov bildirib ki, Prezident İlham Əliyevin Goranboya səfərindən sonra rayona diqqət və qayğının artırılması nəticəsində 265 daimi iş yeri açılıb, rayonda əmək qabiliyyətli hər bir nəfərin orta aylıq pul gəliri 69 manatdan 81 manata qədər artıb. Abadlıq və tikinti-quraşdırma işlərinin həcmi 6,7 manat təşkil edib, kənd təsərrüfatı məhsullarının istehsalındakı artım 35 faizə qədər çoxalıb. 2007-ci ildə rayon ərazisində əhalinin sosial rifahının yüksəlməsinə xidmət edən inrastrukturların inşası və başqa humanitar layihələrin həyata keçirilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR