Bank Of Baku

Ötən il Azərbaycanda 75 min nəfərə, o cümlədən 1600 qadına sürücülük vəsiqəsi verilib

Ötən il Azərbaycanda 75 min nəfərə, o cümlədən 1600 qadına sürücülük vəsiqəsi verilib
# 26 yanvar 2007 08:15 (UTC +04:00)
Ötən il 75 minə yaxın şəxsə sürücülük vəsiqəsi verilib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Ərəstun Məcidov bildirib. Ə. Məcidov deyib ki, ilbəil qadın sürücülərin sayı artsa da, bu rəqəm kişi sürücülərlə müqayisədə azlıq təşkil edir. İndiyədək respublikada 10 minədək qadına sürücülük vəsiqəsi verilib. Lakin sürücülük vəsiqəsi alan qadınların 50% nəqliyyat vasitəsi idarə etmir. Ötən il isə 1600 qadına sürücülük vəsiqəsi verilib. Şöbə müdirinin sözlərinə görə, qadın sürücülər yol hərəkəti qaydalarına daha çox riayət edirlər. Onların bu işə daha məsuliyyətlə yanaşması qadın sürücülər tərəfindən baş verən qəzaların sayını minimuma endirib. Ötən il qadın sürücülər tərəfindən törədilən qəzaların 99% xırda toqquşmalar olub. Bu isə onlara cinayət məsuliyyəti deyil, maddi və inzibati məsuliyyət yaradıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR