Bank Of Baku

Gəncədə minlərlə insan İmamzadə Ziyarət kompleksini ziyarət edib

Gəncədə minlərlə insan İmamzadə Ziyarət kompleksini ziyarət edib
# 31 yanvar 2007 09:55 (UTC +04:00)
Aşura günü ilə əlaqədar Gəncənin mərkəzindən 7 kilometr uzaqlıqda yerləşən İmamzadə Ziyarət Kompleksinə bir gün əvvəldən başlayaraq qərb bölgəsinin rayonlarından, o cümlədən respublikanın əksər bölgələrindən minlərlə insan baş çəkib. APA-nın qərb bürosunun məlumatına görə, onlar Həzrət Əli nəslindən olan Şahzadə İbrahimin qəbrini ziyarət ediblər. Aşura günü ilə əlaqədar olaraq İmamzadə Ziyarət Kompleksinin həyətində ayrı-ayrı şəxslər tərəfindən minlərlə zəvvarlar üçün çay və ehsan süfrələri açılıb. Gəncə Şəhər Polis İdarəsi isə 1 gün öncədən başlayaraq gücləndirilmiş iş rejimində işləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR