Bank Of Baku

Türkiyədə əxlaqsızlıqla məşğul olan 3 azərbaycanlı qadın saxlanılıb

Türkiyədə əxlaqsızlıqla məşğul olan 3 azərbaycanlı qadın saxlanılıb
# 31 yanvar 2007 11:34 (UTC +04:00)
Türkiyə polisinin Adıyaman vilayətində keçirdiyi əməliyyat nəticəsində əxlaqsızlıqla məşğul olan 3 azərbaycanlı qadın saxlanılıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, əməliyyat məlumatı alan polis əməkdaşları gecə vaxtı bir evə daxil olublar. Həmin vaxt evdə olan azərbaycanlı qadınlar Aytən A., Leyla V., Gültəkin M., 80 yeni türk lirası (YTL) qarşılığında fahişəlik edən M.D., A.A., G.E adlı daha üç qadın və bu qadınları pul qarşılığında satan M.B. adlı şəxs saxlanılıb. Axtarış zamanı evdə 200 YTL, pornoqrafik disklər və cinsi ehtirası artıran həblər aşkarlanıb. Saxlanılan şəxslər polisə aparılıb. Hazırda faktla bağlı araşdırma davam edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR