Bank Of Baku

Kadrlar İdarəsinin rəisi: “AzTV-nin rəhbərliyində baş verən dəyişiklikdən sonra televiziyada ciddi struktur yeniləşmələri aparılıb”

Kadrlar İdarəsinin rəisi: “AzTV-nin rəhbərliyində baş verən dəyişiklikdən sonra televiziyada ciddi struktur yeniləşmələri aparılıb”
# 31 yanvar 2007 13:37 (UTC +04:00)
““Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) rəhbərliyində baş verən dəyişiklikdən sonra televiziyada ciddi struktur yeniləşməsi aparılıb. Bir-birinin təkrarı olan redaksiyalar birləşdirilib, yeni redaksiyalar yaradılıb, onlara peşəkar insanlar rəhbər təyin edilib”. Bu sözləri APA-ya açıqlamasında AzTV-nin Kadrlar İdarəsinin rəisi Mansur Bayramov deyib. AzTV-də aparılan dəyişikliklərdən danışan M. Bayramov televiziyada anons və dizayn şöbəsinin, ayrıca olaraq analitik proqnozla məşğul olan qrup yaradıldığını bildirib. M. Bayramov nəticə etibarı ilə bir-birinin təkrarı olan İncəsənət, Xalq yaradıcılığı və Ədəbiyyat redaksiyalarının birləşdirilərək Ədəbiyyat Dram Verilişləri Baş Redaksiyasının yaradıldığını qeyd edib. O, həmçinin, televiziyanın yeni dizayn və tərtibatla “Ekran-efir” qəzetinin nəşr olunduğunu, qurumun fəaliyyətindən bəhs edən aylıq “TV+” jurnalının buraxıldığını söyləyib. M. Bayramov Azərbaycan radiosunda da struktur dəyişikliyinin aparılacağını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR