Bank Of Baku

Tatyana Çaladze Eynulla Fətullayevi məhkəməyə verib

Tatyana Çaladze Eynulla Fətullayevi məhkəməyə verib
# 31 yanvar 2007 14:14 (UTC +04:00)
Qarabağ müharibəsi veteranı, Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin sədri, tanınmış jurnalist Tatyana Çaladze Yasamal Rayon Məhkəməsinə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddia ərizəsi ilə müraciət edib. T. Çaladze APA-ya açıqlamasında bildirib ki, iddia ərizəsinə səbəb E. Fətullayevin Xocalı soyqırımı ilə bağlı İnternetdə yayılmış müsahibəsi olub: “Eynulla Fətullayev bildirib ki, Xocalı soyqırımını azərbaycanlıların özü törədib, ölülərin üzərində işgəncələri də özləri həyata keçirib və bunları guya keçmiş prezident Ayaz Mütəllibov, Xocalının icra başçısı Elman Məmmədov və xocalıların özlərinə istinad edib. Mütəllibov hələ 2004-cü ildə bəyan etmişdi ki, Xocalı faciəsi barədə belə fikirlər bildirməyib, Elman Məmmədov və xocalılar deyirlər ki, Fətullayevlə heç zaman görüşməyiblər. E. Fətullayev bu açıqlaması ilə məhrumiyyətlərə düçar olmuş xocalıların, qarabağlıların və azərbaycanlıların heysiyyatına toxunub, onları təhqir edib. Onun uydurmalarına əsaslanan Ermənistan mətbuatı anti-Azərbaycan təbliğatını daha da gücləndirir və həqiqəti təhrif etməklə dünya ictimaiyyətini çaşdırırlar. Nəticədə isə bu, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan işə mənfi təsir göstərir”. T. Çaladze məhkəmədən xahiş edib ki, E. Fətullayevin məcburi qaydada xocalılarla görüşlərinin audio və ya videoyazısının təqdim edilməsi, bunların əsasında onun yalan və böhtana yol verdiyi yazılarının təkzibinin verilməsi barədə qətnamə çıxarsın.
Eynulla Fətullayev isə APA-ya bildirib ki, Xocalı faciəsi ilə bağlı fikirlərini hələ 2 il əvvəl “Qarabağ gündəliyi” kitabında açıqlayıb: “Azərbaycan Xalq Cəbhəsi batalyonunda olan təxribatçılar bu əməliyyatlarda iştirak ediblər. Xocalı qaçqınları bildiriblər ki, onlar humanitar dəhlizi tərk edən zaman AXC təxribatçıları tərəfindən gülləbaran olunublar. Təxribatçılar Ayaz Mütəllibovun devrilməsi ssenarisini həyata keçirmək üçün bu hadisələrdə maraqlı olublar”. E. Fətullayev onu da qeyd edib ki, T. Çaladzenin ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsindən xəbərsizdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR