Bank Of Baku

İsmayıllı rayonun 75 illiyi qeyd olunacaq

İsmayıllı rayonun 75 illiyi qeyd olunacaq
# 31 yanvar 2007 14:20 (UTC +04:00)
Fevralın 3-də İsmayıllı rayon İcra hakimiyyətinin təşəbbüsü ilə rayonun 75 illiyi qeyd olunacaq. Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, bu münasibətlə keçiriləcək tədbirdə rayon ziyalıları ilə yanaşı, respublikanın digər bölgələrində yaşayan ismayıllılı ziyalılar da iştirak edəcək. Həmin gün rayonun tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri barədə məlumatları əks etdirən “Babadağa baxan ellər” adlı kitabın təqdimatı keçiriləcək. Mərasimdən əvvəl tədbir iştirakçıları mərhum prezident Heydər Əliyevin abidəsini və “Şəhidlər Xiyabanı”nı ziyarət edəcəklər.
Qeyd edək ki, İsmayıllı rayonu 1931-ci il noyabrın 21-də yaradılıb. Həmin vaxt rayonun inzibati ərazisinə Şamaxı, Göyçay və Şəki rayonlarının müəyyən hissələri də daxil edilib. Ümumi sahəsi 2074 kv.km olan İsmayıllı rayonuna 106 kənd, 2 qəsəbə və İsmayıllı şəhəri daxildir. Rayonun 80 min əhalisinin 40 faizini gənclər təşkil edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR