Bank Of Baku

Mərhum jurnalist Samir Əsgərxanovun qəbirüstü tunc barelyefin oğurlanması ilə bağlı cinayət işi başlanıb

Mərhum jurnalist Samir Əsgərxanovun qəbirüstü tunc barelyefin oğurlanması ilə bağlı cinayət işi başlanıb
# 31 yanvar 2007 15:40 (UTC +04:00)
Bu gün Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Bakının Yasamal qəbiristanlığında dəfn olunmuş mərhum jurnalist Samir Əsgərxanovun qəbrinin üstündə qoyulmuş tunc barelyefin oğurlanması ilə bağlı Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. Bu barədə APA-ya Yasamal RPİ-dən məlumat verilib. Məlumata görə, hadisəni törədənlər hələlik müəyyənləşdirilməyib.
Qeyd edək ki, mərhumun ailəsinin Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə ərizə ilə müraciətindən sonra bölmədə faktla bağlı təhqiqata başlanılıb. Xatırladaq ki, S. Əsgərxanov 1998-ci ildə vəfat edib və Yasamal qəbiristanlığında torpağa tapşırılıb. S. Əsgərxanov uzun müddət AzTV-də siyasi şərhçi işləyib, erməni terroru ilə bağlı verilişlərin müəllifi olub. MTN mərhum jurnalistin adına mükafat təsis edib. Mükafat mətbuatda və elektron KİV-də erməni terroru və vətənpərvərlik mövzusunda çıxış edən jurnalistlər arasında keçirilən müsabiqənin qaliblərinə verilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR