Bank Of Baku

Ombudsman Aparatında İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planı ilə bağlı müzakirələr keçirilib

Ombudsman Aparatında İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planı ilə bağlı müzakirələr keçirilib
# 02 fevral 2007 12:03 (UTC +04:00)
Ombudsman Aparatında İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planı ilə bağlı müzakirələr keçirilib. Ombudsman Aparatından APA-ya daxil olan məlumata görə, müzakirələr Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı qarşıda duran vəzifələrin, işçi qruplarının müəyyən edilməsi və səmərəli əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə aparılıb. Müvəkkili Elmira Süleymanova məruzələrində insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının hazırlanması və qəbul edilməsi ilə bağlı təkliflər irəli sürdüyünü, bununla əlaqədar prezidentə müraciət etdiyini bildirib. Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev müzakirəyə çıxarılan sənədin qəbul edilməsinin beynəlxalq-hüquqi aktlarda və ölkə qanunvericiliyində təsbit olunan əsas insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəli təşkili baxımından böyük əhəmiyyət daşıdığını bildirib. O, Milli Fəaliyyət Planında insan hüquqlarının müdafiəsi sahəsində görülən tədbirlərin genişləndirilməsi məqsədilə aidiyyatı orqanlarla əməkdaşlığa əhəmiyyət verildiyini vurğulayıb. Nazir müavini Azərbaycanda insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı haqqında Avropa Şurası Parlament Assambleyasının baş katibi Terri Devisə məlumat verildiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR