Bank Of Baku

Vəkillər Kollegiyasının sədri Azər Tağıyev: “Vəkil məhkəmədə paltosunu çıxarıb mantiya geyinməyə yer tapmır”

Vəkillər Kollegiyasının sədri Azər Tağıyev: “Vəkil məhkəmədə paltosunu çıxarıb mantiya geyinməyə yer tapmır”
# 03 fevral 2007 09:23 (UTC +04:00)
“Vəkil məhkəmə prosesində xüsusi geyim formasında iştirak etməlidir. Bunu etmirsə, qanun pozuntusuna yol vermiş olur”. Bu sözləri APA-ya açıqlamasında Vəkillər Kollegiyasının sədri Azər Tağıyev deyib. A. Tağıyev bildirib ki, “Vəkillik və vəkillik fəaliyyəti haqqında” qanunda vəkilin prosesə xüsusi geyimdə çıxması tələbi yer alıb. Vəkil prosesə xüsusi geyimdə çıxmazsa, məhkəmə onu prosesə buraxmaya bilər. A. Tağıyevin sözlərinə görə, bunun üçün məhkəmələrdə də lazımi şərait yaradılmalıdır: “Vəkil məhkəmədə paltosunu çıxarıb mantiya geyinməyə yer tapmır. Məhkəmələrdə lazımi şərait yaradılandan sora qanun tam ciddiliyi ilə tətbiq oluna bilər”.
Qeyd edək ki, Vəkillər Kollegiyasının 591 üzvü var. Təsisçi qismində çıxış edən 406 vəkildən 391-i vəkil geyimi ilə təmin olunub. Təsisçilərdən fərqli olaraq, digər vəkillər geyim formalarını almaq üçün müəyyən məbləğdə pul ödəməlidir. Kollegiya üzvlüyünə sonradan daxil olunan vəkillər sırasında geyim almaq üçün müraciət edənlər olsa da, hələlik onlardan geyim alanı yoxdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR