Bank Of Baku

“Uşaq Parlamenti: gözləntilər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

“Uşaq Parlamenti: gözləntilər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib
# 05 fevral 2007 11:35 (UTC +04:00)
Bu gün “Gənc Liderlər” Uşaq Təşkilatının mərkəzi qərargahında qurumun təşkilatçılığı ilə “Uşaq Parlamenti: gözləntilər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə təşkilatın üzvləri və Bakı şəhərindəki bir neçə məktəbin şagirdləri iştirak edib. Tədbirdə Azərbaycanda yaradılan Uşaq Parlamentinin gənc liderlər yetişdirilməsi baxımından əhəmiyyəti qeyd olunaraq, formalaşdırılan yeni təsisatın uşaqların inkişafına verəcəyi töhfədən danışılıb. Tədbirdə çıxış edən təşkilatın sədri Fərid Şahbazlı Uşaq Parlamenti layihəsində yerli qurumlarla yanaşı, BMT-nin Uşaq Fondunun (UNİCEF) da iştirak etməsini layihənin miqyasının və əhəmiyyətinin yüksək olduğuna, Uşaq Parlamentinin beynəlxalq aləmdə tanınacağına işarə olduğunu bildirib. Onun sözlərinə görə, sözügedən qurumun müzakirəsinə çıxarılacaq məsələlər məhz uşaqları narahat edən mövzular olacaqsa və parlament legitimliyini qoruyacaqsa, layihə böyük əks-səda yaratmaq gücünə malikdir. F.Şahbazlı daha sonra layihəyə münasibətdə medianın diqqətinin kifayət qədər olmamasını qeyd etsə də, parlamentin formalaşdırılmasında İctimai Televiziyada gedən Uşaq Parlamenti proqramının və Azəri-Press İnformasiya Agentliyinin rolunu yüksək qiymətləndirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR