Bank Of Baku

İranlı tədqiqatçı Enaytullah Reza Azərbaycan dilini dövlət dili kimi qəbul edilməsinin əleyhinə çıxıb

İranlı tədqiqatçı Enaytullah Reza Azərbaycan dilini dövlət dili kimi qəbul edilməsinin əleyhinə çıxıb
# 05 fevral 2007 11:36 (UTC +04:00)
Rəsmi Tehranın mövqeyini əks etdirən internet saytlarında son zamanlar Azərbaycan əleyhinə materialların yerləşdirilməsi prosesi intensivləşib. APA-nın məlumatına görə, www.ru.iras.ir ünvanında yerləşən “Rusiya, Mərkəzi Asiya və Qafqaz Araşdırma Mərkəzi”nin internet saytında Enaytullah Rezanın “Azərbaycan Respublikasında dil məsələlərinə baxış” adlı yazısı dərc olunub. Məqalədə Azərbaycan tarixi barədə saxtalaşdırılmış məlumatlar yer alıb. Xəqani Şirvani, Nizami Gəncəvi, Məhsəti Gəncəvi və digər Azərbaycan şairlərini “böyük fars ədibləri” adlandıran iranlı mütəxəssisin fikrincə, “Dərbənd, Tiflis, Şirvan, Gəncə, Bərdə, Naxçıvan və Kür çayının ətrafında danışılan fars dili tarixən İran mədəniyyətinin inkişafına xidmət edib”. Azərbaycanda “türk dilinin rus dili ilə mübarizə apardığını” vurğulayan Enaytullah Reza rəsmi Bakının ictimai-siyasi həyatda Azərbaycan dilinin istifadəsi ilə bağlı tutduğu mövqeyini tənqid edib. Qərəzli mövqe nümayiş etdirən iranlı mütəxəssisin fikrincə, Azərbaycan dilini dövlət dili kimi qəbul etmək doğru deyil. Xatırladaq ki, “Rusiya, Mərkəzi Asiya və Qafqaz Araşdırma Mərkəzi”nin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı analitik materiallarında İranın Dağlıq Qarabağ ermənilərinə regional güc kimi dəstək verilməsinin zəruriliyi vurğulanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR