Bank Of Baku

Vyanada türkçü alim, professor Erix Fayqlın dəfn mərasimi keçirilib

Vyanada türkçü alim, professor Erix Fayqlın dəfn mərasimi keçirilib
# 06 fevral 2007 13:36 (UTC +04:00)
Dünən Vyananın Mərkəzi qəbiristanlığında yanvarın 26-də dünyasını dəyişmiş Avstriyanın tanınmış alimi, yazıçı, türk millətinin böyük dostu professor Erix Fayqlın dəfn mərasimi keçirilib. Bu barədə APA-ya Azərbaycan Avstriya Respublikasındakı səfirliyinin birinci katibi Rüfət Həmidov məlumat verib. Onun sözlərinə görə, mərasimdə Avstriya Respublikasının Prezident Aparatının direktor müavini Haynts Hafner, Avstriyada “SGA Schwarz-Gelbe Allianz”, “Ottonen”, Maximilianer” qurumların və əyalət monarxist birliklərinin nümayəndələri, müqəddəs Latsarus Ordenin təmsilçiləri, Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov, səfirliyin əməkdaşları, Türkiyənin Avstriyadakı səfiri Səlim Yenel, Azərbaycan və türk diasporalarının nümayəndələri, professorun ailə üzvləri, yaxınları və dostları iştirak ediblər. Professorun yaxın dostu olmuş Avstriya Qırmızı Xaç Komitəsinin baş həkimi Haynts Peter Slatin qısa nitq ilə çıxış edərək, professorla bağlı ürək sözlərini söyləyiblər. Fevralın 10-da Vyananın mərkəzi kilsələrin birində keçiriləcək dini vidalaşma mərasimində Avstriya-Macarıstan İmperiyasının sonuncu imperatoru I Karlın nəvəsi olan Karl von Habsburq imperator ailəsi adından vida nitqi söyləniləcək. Bundan başqa mərasimdə Avstriya hökuməti adından Haynts Hafner, Azərbaycan hökuməti adından Azərbaycanın bu ölkədəki səfiri Fuad İsmayılov, Türkiyə hökuməti adından () və Türkiyənin Avstriyadakaı Səfiri Səlim Yenel çıxış edəcəklər. Qeyd edək ki, professor Erix Faiqlın dəfn mərasimi ilə bağlı olan maddı məsələlərin həllini Azərbaycanın Avstriyadakı Səfirliyi öz üzərinə götürüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR