Gəncədəki “N” saylı hərbi hissədə 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnmiş insidentlə bağlı iki nəfər həbs olunub
07 fevral 2007 16:49 (UTC +04:00)
Dekabrın 16-da Gəncədəki “N” saylı hərbi hissədə baş vermiş insidentlə bağlı iki nəfər həbs olunub. Hərbi mənbələrdən APA-ya daxil olan məlumata görə, baş vermiş insident nəticəsində 4 əsgəri güllələmiş Şəki şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılan əsgər Fuad Həsənovla bərabər, həmin hərbi hissənin digər əsgəri Fuad Qaraisayev də məsuliyyətə cəlb olunub. Respublika Hərbi Prokurorluğu faktı təsdiqləyib. Prokurorluqdan APA-ya bildirilib ki, F.Həsənov barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adamöldürmə), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), F.Qaraisayev barəsində isə 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) maddələri ilə cinayət işi başlanıb və onlar barəsində həbs-qətimkan tədbiri seçilib. Araşdırmalar zamanı məlum olub ki, F.Qaraisayev hərbiçiləri döyüb, onlara işgəncə verib. Bu səbəbdən də onunla F.Həsənov arasında münaqişə yaranıb, nəticədə F.Həsənovun avtomat silahla ətrafa açdığı çoxsaylı atəş bir neçə əsgəri yaralayıb.
Qeyd edək ki, 2006-cı il dekabrın 16-da Gəncədə yerləşən “N” saylı hərbi hissədə qulluq edən, ötən ilin oktyabrında Şəki şəhər Hərbi komissarlığından hərbi xidmətə çağırılmış əsgər Fuad Həsənov AK-74 markalı avtomatla 4 əsgəri güllələyərək, hərbi hissəni tərk edib. Yaralanan əsgərlər - Ceyhun Mikayılov, Elçin Məmmədov, Vüqar Məmmədov və Vüsal Seyidov Gəncə şəhər Hərbi Hospitalına yerləşdirilsələr də, C.Mikayılovun həyatını xilas etmək mümkün olmayıb. Xəsarət almış 3 əsgərin müalicəsi isə davam etdirilir. /APA/

Hadisə
Qubada çörək sexində yanğın baş verib - FOTO
23:16
8 may 2024
Biləsuvarda "Prado" motoskletlə toqquşub, xəsarət alanlar var - YENİLƏNİB
20:25
8 may 2024
Həkimlərin talassemiyalı uşaqlara qarşı 1 milyon manatlıq dələduzluğu - Məhkəmə prosesi
19:20
8 may 2024
Qəbələdə subasma zamanı köməksiz vəziyyətdə qalmış 2 azyaşlı təxliyə edilib - VİDEO
19:17
8 may 2024